27 İyul 2024

Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru

Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyədək əsas inkişaf istiqamətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına, möhkəmləndirilməsinə, xalqımızın rifah halının yüksəldilməsinə xidmət edən siyasət yeritmiş, beynəlxalq aləmdə ölkəmizin maraqlarını layiqincə təmsil etmişdir. Yeni Azərbaycan Partiyasının 1993-cü ildən bəri seçilən namizədlərinin iqtidarı dövründə ölkəmizdə dinclik, əmin-amanlıq və sabitlik qorunub saxlanmışdır.

30 ilə yaxın bir müddətdə işğalda olan ərazilərimizin düşmən işğalından azad edilməsi də YAP namizədi, müzəffər Ali Baş komandan, dünya şöhrətli siyasi xadim İlham Əliyev cənablarının peşəkar idarəetmə bacarığının və təcrübəli strateq olmasının məntiqi nəticəsidir.

2021ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının 7-ci Qurultayı keçirilmişdir. Qurultay haqqında Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir :”Partiyamızın 7-ci qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP bundan sonra da bütün ölkəmizdə gedən siyasi proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının sədri hörmətli prezidentimiz İlham Əliyev çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır.

Yeni Azərbaycan Partiyasının 7-ci Qurultayı partiyamızın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının 7-ci Qurultayının keçirilməsi möhtərəm prezidentimiz İlham Əliyev cənablarının islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020 – ci il parlament seçkilərindən, xüsüsən də 2020 ci il ikinci Qarabağ müharibəsindən sonra əldə olunmuş qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar, hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

YAP – ın 7-ci Qurultayında partiyada 1-ci müavin postu təsis olunması və bu postun Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir. Milli maraqların qorunması, YAP -ın fəaliyyət strategiyasının mütləq prioriteti olmuş, ölkənin Vətənpərvər intellektual ehtiyatı olan, gənc nəsil nümayəndələrini özündə birləşdirmiş və vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğaldan azad etmişdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini