11 Oktyabr 2024

XI Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Artıq Azərbaycan dünya birliyinin üzləşdiyi risk və çağırışlarla bağlı bir sıra məsələlərin həlli üçün qlobal problemlərin müzakirəsi və fikir mübadiləsinin aparıldığı mərkəzə çevrilmişdir. Bu baxımdan qlobal problemlər üzrə müzakirələrin aparılması və həlli yollarının tapılması üçün Qlobal Bakı Forumu çox əlverişli platformadır.

Bu gün dünya birliyi çətin bir mərhələdən keçir. Bəşəriyyət həm regional səviyyədə münaqişələr, separatizm, həm də ayrı-ayrı bölgələrdə genişmiqyaslı müharibələrlə üz üzədir. Dünyanın yeni nizamı formalaşır. Bütün bunlar təbii ki, müxtəlif dövlətlərin keçmiş və indiki rəhbərlərini, beynəlxalq strukturların rəhbərlərini, görkəmli ictimai və elm xadimlərini narahat edir və eyni zamanda düşündürür. Qlobal Bakı Forumunun iştirakçıları nəzər yetirəcək və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün müzakirələr aparacaq, təkliflər irəli sürəcəklər.

İldən-ilə Forumun müzakirə etdiyi problemlərin dairəsi getdikcə daha geniş və rəngarəngləşir, getdikcə aktuallaşır, bu gün dünya birliyini ən vacib və narahat edən gündəliyə uyğun gəlir. Bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev “Paçlanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edərkən tamamilə haqlı idi ki, Bakı Forumu dünya miqyasında aparıcı beynəlxalq konfranslardan birinə çevrilmişdir.

Dövlət başçısının qeyd etdiyi kimi, “Hesab edirəm ki, Qlobal Bakı Forumu bu gün Davos Dünya İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dünyanın hissəsi olan Cənubi Qafqazın lider dövləti Azərbaycan proseslərin əhəmiyyətini dərk edir, sülhün və təhlükəsizliyin, daha gözəl və firavan dünya üçün öz töhfələrini verir.

Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuya toxunaraq, ölkəmizin bütün Cənubi Qafqaz regionunda tezliklə davamlı sülh bərqərar etmək istəyini sübut etdi. Dövlət başçısı açıq şəkildə göstərdi ki, indi Qarabağ məsələsi bağlanıb, biz sülhə çox yaxınıq. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, artıq hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. “Biz inanırıq ki, sülh əldə edilə bilər. İstədiyimiz budur. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmişik. İndi isə regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb”. O qeyd etdi ki, Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh indiki qədər yaxın olmamışdır. Bu isə sülhün vacibliyindən çox danışan, lakin bu istiqamətdə konkret addımlar atmayan Ermənistan rəhbərliyinə çox aydın mesaj idi. Üstəlik, son vaxtlar erməni tərəfinin çoxlu təxribat xarakterli addımlarının şahidi oluruq. Təbii ki, rəsmi İrəvanın bütün bu hərəkətlərinin arxasında Makronun Fransasının dayadığı məlumdur. Prezident İlham Əliyev də bunu çox açıq şəkildə bildirdiki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərindən Azərbaycan ilə Fransa arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayan cənab İlham Əliyev Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğuladı. Fransada, Azərbaycanın İsmayıllı şəhəri qardaşlaşmış Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Forum iştirakçıların diqqətini insanlıq və mədəni abidələr əleyhinə törədilmiş cinayət faktına çəkən Prezident İlham Əliyev böyük ürək ağrısı ilə həmin heykələ, onun üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş edərək birdirdi ki “Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir”.

Azərbaycan Ermənistanın işğalına məruz qalanda da, Vətən Müharibəsi və 23 saat davam edə antiterror tədbirlərizamanı, öz ərazi bütövlüyünü və süverenliyini təmin edəndən sonra da ilik standartlarla üzləşmişdir. Prezident İlham Əliyev bir daha çağırış etdi. Dövlətlər, xüsusi ilə özünü sülh vasitəçisi kimi təqdim edən ölkələr bütü məsələlərdə eyni münasibət bəsləməlidirlər,əks halda: “Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”.

Ölkəmiz ekoloji tarzlığın qorunması, iqlim dəyişikliyi, yaşıl keçidin təmin olunması məsələlərinə xüsusi diqqət verir. Elə COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki: “Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Hesab edirəm ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə ev sahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir”. XI Qlobal Bakı Forumunda bir daha bu məsələyə diqət çəkən Azərbaycan Prezidenti ölkəmizin yaşıl eerji, yaçıl iqtisadiyyat kimi mühüm mövzularla bağlı qarşıda dayanan vəzifələrdən, həyata keçirilən və nəzərdə tutulan layihələrdən ətarflı bəhs etdi.

Bütövlükdə, Azərbaycan dünyada baş verən proseslərdən kənarda qalamdığını və daha yaxşı, ədalətli, təhlükəsiz dünya üçün töhfələr verməyə hazır olduğunu açıq şəkildə nümyiş etdirir. Planetimizi qorumaq üçün genişmiqyaslı dəyişikliklərə ehtiyac var. Cəmiyyətlər arasında bərabərliyə, sülhə, firavalığa ail olmaq üçün Bakı Qlobal Forumu mühüm platformadır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı