09 Dekabr 2024

Xankəndi Zəfərə hazırdır!

Musavat.com xəbər verir ki, Xankəndidə Zəfər hazırlıqları demək olar ki, yekunlaşıb.

Bunu indi təqdim etdiyimiz görüntü də təsdiq edir.

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini – Zəfər Gününü Xankəndidə qeyd edəcək.

Parad daha kiçik miqyasda 10 dekabr 2020-ci ildə Bakıda keçirilən paradı xatırladacaq. Müxtəlif növ qoşun bölmələri baş meydandan təntənəli marşla keçəcəklər. Parad iştirakçılarının böyük hissəsi İkinci Qarabağ Müharibəsinin iştirakçılarıdır.

Hazırda meydanın təmizlənməsi və yol nişanlanması işləri başa çatmaq üzrədir.

Axşam saatlarında 2020-ci il Vətən Müharibəsində zəfərin üçüncü ildönümünün və 19 sentyabr 2023-cü ildəki qələbənin şərəfinə Şuşa şəhəri istiqamətindən atəşfəşanlıq olacaq.

Dövlət başçısının Qələbə Paradını qəbul etməsi gözlənilir.

a2b6c302-a2fb-46b7-a9b8-a09d0fc435b1-1.jpg (167 KB)