27 May 2024

Rusiya MN Qarabağdakı sülhməramlıların rotasiyasının başa çatdığını açıqladı

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi də başa çatıb.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatıb”, – məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlı kontingent Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir. Vurğulanıb ki, rəsmi Bakı ilə davamlı şəkildə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş qarşılıqlı əlaqə saxlanılır.