Vətən müharibəsilnə həsr olunan kitablar nəşr ediləcək
Vətən müharibəsində əldə edilən zəfərə həsr edilmiş bir neçə kitabın bu il nəşr edilməsi nəzərdə tutulub.
Bu barədə “İki sahil”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kitabların nəşri nazirliyinin sifarişi ilə dərc ediləcək:
“Məsələ öz təsdiqini tapdıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat verilə bilər”.
Nazirlikdən həmçinin qeyd edilib ki, ötən il keçiirlən “Qısa Tamaşalar Festivalı”ın mövzusu da Qarabağ müharibəsində əldə edilən Zəfər ilə bağlı olub: “Festivala 22 tamaşa ilə müraciət olunmuşdu. Müraciətlərin hamısı müharibə mövzusuna aid idi”.