27 İyul 2024

Vətən müharibəsi şəhidi Bahələddin İsmayılovun ildönümündə xatirəsi anılıb

31 oktyabr 2023-cü il ağstafalı Vətən müharibəsi şəhidi İsmayılov Bahələddin Temraz oğlunun ildönümüdür. Bu münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa RİH Aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qarayazı Dövlət Təbiət Qoruğunun direktoru Vüqar Tağıyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri İsmayılov Rəhman Mehdi oğlunun və Bağırov Aqil Fazil oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, əziz xatirələri yad edilib.

Daha sonra şəhid Bahələddin İsmayılovun adını daşıyan bulaq abidəsinin açılışı olub.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Qeyd edək ki, Bahələddin İsmayılov 2020-ci il oktyabr ayının 31-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Vətən xidmətə görə” ordeni ilə təltif edilib.