Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.
Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib. Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.
Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.
Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Allah rəhmət eləsin!