23 Dekabr 2024

Ukrayna generalı Rusiya üçün əsas hədəf olacaq şəhərləri açıqladı

Ukrayna Təhlükəsizlik şurası katibinin keçmiş müavini, Silahlı qüvvələrin generalı Sergey Kirvonos Rusiya ordusunun hədəfinə tuş gələcək şəhərləri açıqlayıb.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, o, Moskvanın ilk növbədə Odessa, Nikolayev, Mariuopol, Melitopol, Zaporojye və Xarkovu ağır zərbə ilə işğal etməyə çalışacağın bidlirib.

Sergey Krivinosun fikrincə, adı çəkilən yaşayış bölgələrində hava limanlarının olması onların əhəmiyyətini daha da artırır. Çünki məhz hərbi və ya mülki aerodromlar texnikanın yerləşdirilməsi və qoşunlaırn dislokasiyası üçün ən vacib ünsürlərdən biri sayılır. Ukraynalı generalın sözlərinə görə, Rusiya ilk növbədə Ukrayna ordusunun başını Donbasda qarışdıraraq Xarkov, Çernoqovsk və Sumsk əyalətləri boyunca bütün cəbhələrdə hücuma keçə bilər.

Lakin Ukrayna baş nazirinin İşğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini Aleksey Reznikov Rusiya Silahlı qüvvələrin tammiqyaslı hücuma hazırlaşması barədə gedən xəbərləri Moskvanın ukraynalılar arasında panika və qorxu salmaq siyasətinin tərkib hissəsi saydığını bildirib.

Onun bildirdiyinə görə, Ukrayna dövləti və onun xalqının Rusiyadan qorxması üçün heç bir əsas yoxdur.