23 Dekabr 2024

Ukrayna daha bir hərbçisini itirdi

Separatçılar Donbassda təmas xəttində atəşkəsi pozublar

Ukrayna Müdafiə Nazirliyi Donbassdakı bir hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Media1.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, düşmənin atəş nəticəsində Ukraynanın bir əsgəri həlak olub.

“Komandanlıq mərhum hərbçimizin ailəsinə və yaxınlarına səmimi və dərin hüznlə başsağlığı verir”, – deyə məlumatda qeyd edilib.

Açıqlamada o da bildirilib ki, 10 aprel tarixində separatçılar Donbassda Ukrayna mövqelərini doqquz dəfə atəşə tutublar. Bir dron isə təmas xətti üzərindən uçub. Bu gün isə işğalçı qüvvələr tərəfindən atəşkəs pozulmayıb.

Qeyd edək ki, 2021-ci il daxil olandan Donbassda separatçılarla Ukrayna Ordusu arasında insidentlərin sayı çoxalıb. Ukrayna ordusunun  30-dan çox hərbçisini itirdiyi bildirilir.