26 Aprel 2024

Türkiyənin seçki tarixi: Çevrilişlə gələn də var, 15-ci turda seçilən də…

Türkiyədə seçicilər bu gün əsrin seçkisi üçün sandıq başına gedir.

Musavat.com xəbər verir ki, Türkiyədə 1923-cü ildən bəri prezidentlər müxtəlif üsul və sistemlərlə seçilib. İlk turda seçilənlər də olub, 15-ci tura qədər uzanan seçkilər də, hərbi çevriliş nəticəsində idarəetməni ələ keçirənlər də. Bununla bərabər Türkiyə uğursuz prezident seçkilərinə də şahidlik edib.

Türkiyə Cümhuriyyətinin ilk prezidenti Cümhuriyyətin elan edildiyi gün yekdilliklə seçilib: Bu vəzifəni ilk şərəfləndirən, Milli Mübarizəni təşkil edən, Qurtuluş Savaşının zəfərini təmin edən, Baş Komandan, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk idi. 

21 seçki…

Türkiyədə bu günə kimi 21 prezident seçkisi keçirilib. İlk turda Atatürk və İsmət İnönü 4 dəfə, Cəlal Bayar 3 dəfə, Camal Gürsel 1 dəfə, Cevdet Sunay 1 dəfə prezident seçilib.

59f59a41ae78491724c6f59d-horz.jpg (127 KB)

Turqut Özal, Süleyman Dəmirəl, Əhməd Necdət Sezər və Abdullah Gül üçüncü turda seçilərək prezident olublar. Fahri Korutürkün seçilməsi 15-ci turda nəticələnib.

1980-ci il 12 sentyabr hərbi çevrilişindən öncəki prezident seçkiləri isə başa çatmamış sonlandırılıb, parlament buraxılıb.

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da keçirilən ümumxalq səsverməsi ilə birinci turda seçilib. 2017-ci il aprelin 16-da “Prezidentlərin partiya üzvü olmasına icazə verən” konstitusiya dəyişikliyindən sonra Ərdoğan 2018-ci il iyunun 24-də xalqın səsi ilə yenidən prezident olub. Bu dəfə AK Partiya sədri olaraq.

Screenshot_1.png (856 KB)

1921 və 1924-cü ildə qüvvədə olan Konstitusiyaya görə prezidentlər ardıcıl olaraq bir neçə dəfə seçildi: Mustafa Kamal Atatürk 4 dəfə, İsmət İnönü 4 dəfə, Cəlal Bayar 3 dəfə.

1961 və 1982-ci illərdə isə konstitusiyanın tələblərinə görə vəzifəyə gələn prezidentlər Rəcəb Tayyib Ərdoğan istisna olmaqla (konstitusiya dəyişikliyinə görə) bir dəfə seçiliblər.

Kənan Evren isə Türkiyə Böyük Millət Məclisinin qapalı dönəmində referenduma çıxarılan Konstitusiyanın qəbulu ilə Konstitusiyanın müvəqqəti 1-ci maddəsinə uyğun olaraq vəzifəyə təyin edilib.

20081017.160620_19821002_evren_23_1017788.jpg (120 KB)

Mustafa Kamal Atatürk təkpartiyalı dönəmdə prezident seçildiyi halda, İsmət İnönü həm təkpartiyalı, həm də çoxpartiyalı dönəmdə fəaliyyət göstərib.

Çoxpartiyalı dövrdə 11 prezident seçilib: İsmət İnönü, Cəlal Bayar, Camal Gürsel, Cevdet Sunay, Fahri Korutürk, Kenan Evren, Turqut Özal, Süleyman Dəmirəl, Ahmet Necdet Sezer, Abdullah Gül və Recep Tayyip Erdoğan.

Vəzifə müddəti

Atatürk 15 il 12 gün olmaqla ən uzun müddət prezident olan şəxsdir. Onu 11 il 6 ay 11 günlə İsmət İnönü və 10 il 5 günlə Cəlal Bayar izləyir.

Ən qısa müddətli prezident vəzifəsini icra edən isə Turqut Özaldır – 3 il 5 ay 8 gün.

Prezidentlər və özəlliklər

İlk 3 prezident Türkiyə Cümhuriyyətinin qurucuları arasından seçilib: Mustafa Kamal Atatürk, İsmət İnönü, Cəlal Bayar.

6 prezident hərbi təyinatlıdır: Mustafa Kamal Atatürk, İsmət İnönü, Camal Gürsel, Cevdet Sunay, Fahri Korutürk və Kənan Evren.

Altısı mülki əsilli prezidentdir: Cəlal Bayar, Turqut Özal, Süleyman Dəmirəl, Əhməd Necdət Sezər, Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan.

Partiya lideri olan 6 prezident seçilib: Mustafa Kamal Atatürk, İsmət İnönü, Cəlal Bayar, Turqut Özal, Süleyman Dəmirəl və Rəcəb Tayyib Ərdoğan.

indir.jpg (7 KB)

Atatürk və İsmət İnönü prezident olduqları müddətdə partiyalarının başqanı olub. Digərləri isə partiya sədrliyini tərk edib. Rəcəb Tayyib Ərdoğan ilk seçkisində Partiyanı tərk edib, növbəti seçkidə isə partiya başqanı ikən prezident seçilib.