27 İyul 2024

Türk xalqı sandıq başında – Tarixi seçkidən İLK GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və deputat seçkiləri keçirilir. Səsvermə bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Musavat.com xəbər verir ki, 60 milyon 697 min 843 nəfəri yerli seçici olmaqla 64 milyon 113 min 941 nəfər 5 il müddətinə fəaliyyət göstərəcək 13-cü prezidenti və 28-ci dönəm parlamentini seçmək üçün səs verir. 

Qeyd edək ki, Prezidentlik uğrunda 3 namizəd – hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.

Musavat.com Türkiyədə keçirilən prezident seçkilərindən fotoları təqdim edir: