08 Noyabr 2024

Türkiyə ilə İsrail arasında hava əlaqəsi tamamilə dayandırıldı

Türkiyə İsraili prioritet ixrac istiqamətləri siyahısından çıxarıb. Bu, o deməkdir ki, İsrailə mal və xidmətlər tədarük edənlər dövlət tərəfindən subsidiyalaşdırılmayacaq, hər hansı gözlənilməz hallar yaranarsa, hər hansı kompensasiya ala bilməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı News. Israelinfo nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bu gün Türkiyənin flaqmanı olan Türk Hava Yolları da bu addıma reaksiya verib. Medianın turizm sənayesindəki mənbələrə istinadən verdiyi məlumata görə, İsrailin bütün turizm agentlikləri Türk Hava Yollarından Ben Quriona uçuşların ən azı payızın ortalarına qədər təxirə salınması ilə bağlı mesaj alıb. Mesajda bildirilir ki, “Təhlükəsizlik vəziyyəti ilə əlaqədar 26 oktyabr 2024-cü il tarixinədək bütün uçuşlar ləğv edilib”. Türkiyə şirkəti bilet alan müştərilərin pulunnu tam geri qaytarılacağını elan edib.

Qeyd edək ki, iki ölkə arasında hava daşıyıcıları demək olar ki,yoxdur: həm Türk Hava Yolları, həm də Pegasus Qəzzada müharibə başlayandan dərhal sonra uçuşları ləğv etdi. Uçuşlar tamamilə ləğv edilməzdən əvvəl El Al Türkiyədə qalan israilliləri geri qaytarmaq üçün qısa müddətə İstanbula uçuşlar edib. İndi bu məsələdə son nöqtə qoyulub: oktyabrın sonuna qədər İsraillə Türkiyə arasında hava əlaqəsi olmayacaq.

Avropa şirkətlərinin bir-birinin ardınca Təl-Əvivə uçuşları, tam şəkildə olmasa da, bərpa etdiyi bir vaxtda Türk Hava Yolları İsrailə uçuşları dayandırıb. Belə ki, ötən gün “Air France” son üç ayda Ben Quriona ilk uçuşunu həyata keçirib. Lufthansa qrupunun şirkətləri daha tez qayıdıblar. İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair” uçuşları fevralda, “Wizz” isə yazda qismən bərpa etməyi planlaşdırır.