27 İyul 2024

Qəzzada ölənlərin sayı DƏHŞƏTƏ gətirir – ŞOK RƏQƏMLƏR

İsrail – HƏMAS müharibəsi 113-cü gündür davam edir.

Musavat.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, İsrailin hücumları nəticəsində son 24 saatda 174 nəfər həyatını itirib, 310 nəfərin isə yaralanıb.

Çox sayda yaralının hələ də dağıntılar altında və yollarda olduğu, təcili yardım və mülki müdafiə qruplarının yaralılara çata bilmədiyi qeyd edilib.

Son məlumatlara görə, 7 oktyabrdan bu yana Qəzza zolağında ölənlərin sayı 26 min 257, yaralıların sayı isə 64 min 797-yə yüksəlib.