27 İyul 2024

Tərtərdə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Tərtər rayon Mədəniyyət Mərkəzində Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq, dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən böyük diqqət və maraqla qarşılanıb.