29 Mart 2024

Tərtərdə mina partladı – Ölənlər var

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Media1.az-a bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı ci i təvəllüdlü Fərid Sədiyevdir.

İlkin məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır.