27 İyul 2024

Taxıl ixracı artırıldı – Qiymətlər KƏSKİN DÜŞDÜ

Ukrayna taxılının qlobal bazarlara yolunu hər vəchlə bağlamağa çalışan Rusiya özü məhsul satışını kəskin artırıb. Ölkə 1-27 aralığında ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz çox – 6,4 milyon ton taxıl ixrac edib.

Musavat.com xəbər verir ki, Rusiya Taxıl İttifaqının məlumatına əsasən hesabat dövründə buğda ixracı 29 faiz artaraq 5 milyon 355 min ton, çovdar ixracı 15 faiz artaraq 910 min ton, qarğıdalı ixracı 1,6 dəfə artaraq 166,8 min ton təşkil edib.

İttifaqın hesablamalarına əsasən avqustun yekununda Rusiyanın taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çox – 7,3 milyon ton təşkil edəcək. Beləliklə, 2023- 2024-cü il mövsümünün ilk iki ayında(iyul-avqust) buğda ixracı illik ifadədə 45 faiz artmaqla 10,6 milyon ton olacaq.

Avqustda Misir Rusiyadan buğda alışını illik ifadədə iki dəfə azaldıb – 600 min ton məhsul alıb. Əlcəzair isə 6 dəfəyə yaxın artıraraq 518 min tona çatdırıb. Türkiyə də alışları 43 faiz azaldıb.

Yaxın xaricə azalan ixrac uzaq xaricə – Afrikanın kasıb ölkələrinə çoxalıb. Keniya avqustda Rusiyadan 320 min ton, Sudan 180 min ton, Tunis 94 min ton, Yəmən 73 min ton, hərəsinə 50 min ton olmaqla Mozambik, Tanzaniya, Eritreya buğda alıblar. Bundan əlavə, Nigeriya, Somali kimi ölkələr də Rusiyadan buğda alıblar.

Latın Amerikasından Braziliya 224 min ton, Meksika 125 min ton, Venesuela 55 min ton, Peru 55 min ton Rusiya buğdası idxal ediblər.

Qiymətlərə gəlincə, bol məhsulun əldə edilməsi buğda qiymətləri 1 ton üçün 250 dollar ətrafında sabitləşib. Rusiya buğdasının qiymətində isə müəyyən azalma var. Bunu ölkədən buğda ixracına tətbiq olunan əlavə rüsumun azalmasından da görmək olur. İxrac qiymətindən hesablanan rüsum növbəti həftədən 5 faizədək azalır.