20 İyul 2024

Hakan Fidan Rusiyaya gedir – Lavrov ilə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan sabah, avqustun 31-də Cənubi Qafqaz və Ukraynanı müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.

M.Zaxarova həmçinin bildirib ki, nazirlər energetika sahəsində əməkdaşlığı da müzakirə edəcək, eyni zamanda ölkə liderlərinin ikitərəfli təmaslarının qrafikini hazırlayacaqlar.

Qeyd edək ki, H.Fidan sabah Rusiyaya gedəcək. Bu onun nazir təyin olunandan sonra Rusiyaya ilk səfəri olacaq.