Tarixi görüşdə diqqət çəkən detal FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin Brüsseldə baş tutan tarixi görüşündə stoldakı kitab diqqət çəkib.
“Qafqazinfo”nun Türkiyə KİV-ə istinadən xəbərinə görə, görüşdə Ərdoğan Baydenə “Türkiyənin terrorizmlə mübarizəsi” kitabını verib.
Sözügedən kitabın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayımlandığı bildirilir.
“Turkey’s Fight Against Terrorism” adlı kitabda İŞİD, PKK/YPG ilə mübarizə, “Sülh çeşməsi” hərəkatı, Türkiyənin suriyalılara ev sahibliyi etməsi kimi məsələlərdən bəhs olunur.
Qeyd edək ki, liderlərin görüşü təxminən 45 dəqiqə çəkib.

