23 Aprel 2024

Tanınmış QHT sədri Moskvada saxlanıldı – Video

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bu gün Rusiyanın Moskva şəhərinin “Şeremetevo” hava limanında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Samir Adıgözəlli Azinforum.az-a bildirib ki, ona saxlanmasının səbəbini Rusiyanın xüsusi xidmət orqanlarının xüsusi göstərişinin olması ilə izah ediblər və əsas kimi RF qanunun 26 və 27-ci maddələrinin tələblərini göstəriblər.

İSBAM sədrinin təcridxanadan Azinforum.az-a göndərdiyi eksklüziv videomüraciəti təqdim edirik: