“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib

Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək “Taliban” hərəkatının nəzarətinə keçib.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu, hərəkatın son 4 gündə ələ keçirdiyi sayca 6-cı əyalət mərkəzidir.
“Taliban”çılar Aybəkdə bütün hökümət binalarını ələ keçiriblər. Bu məlumatı Səməngən əyaləti qubernatorunun müavini təsdiqləyib.
Ötən gün “Taliban”, həmçinin ölkənin şimalındakı ən böyük şəhər olan Məzari-Şərifə hücuma keçdiklərini açıqlamışdı.
Daha əvvəl isə “Taliban” dövlət sərhədlərinin 90 faizinə nəzarət etdiklərini bildirsə də, Müdafiə Nazirliyi bunu təkzib etmişdi.