23 Dekabr 2024

Suriyanın başına bəla Bəşşar Əsəd yenidən prezidentliyə namizədliyin verib

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd prezident seçkisi keçirməyə hazırlaşır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, seçki bu ilin mayın 26-da keçiriləcək.

B.Əsəd yenidən prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.

2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.

2014-cü ildə keçirilən seçkidə B.Əsədin 88 faiz səslə yenidən dövlət başçısı seçildiyi elan olunub.