Suriyada prezident seçkiləri keçiriləcək

Namizədlər aprelin 19-dan etibarən namizədliklərini irəli sürə bilərlər
Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub. Media1.az AYNA-ya istinadən bildirir ki, Suriya Xalq Şurası (Parlamenti) seçkilərin mayın 26-da keçirilməsi barədə qərar qəbul edib.
Xaricdə yaşayan Suriya vətəndaşları üçün isə seçkilər mayın 20-də ölkənin diplomatik nümayəndəliklərində baş tutacaq.
Prezident seçkilərinə qatılmaq istəyən namizədlər aprelin 19-dan etibarən namizədliklərini irəli sürə bilərlər.
Qeyd edək ki, Suriyada 10 ildir ki, vətəndaş müharibəsidir. Ölkənin hazırkı Prezidenti Bəşər Əsəddir.