27 İyul 2024

“Şur” ansamblının 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib

15 fevral 2024-cü il tarixdə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şur” ansamblının 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Media1.az xəbər verr ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ansamblın solistləri iştirak ediblər.

Çıxış edən natiqlər “Şur” ansamblının yaranmasından, 70 illik fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinə, muğam sənətinin inkişafına verdiyi böyük töhfələrdən söhbət açıblar.

Ansamblın solistlərinin və xor kollektivinin ifasında muğamlar, xalq mahnıları və təsniflərdən ibarət möhtəşəm konsert proqramı dinləyicilərə təqdim edilib.