25 Aprel 2024

Şairə Huridən yeni şerlər

Yalançı sabahlar

Yaxşı olacaqdır,Biz deyə-deyə.

Yaman pisliklərə gəlib çıxmışıq.

Bu gün də dünənin sabahı idi.

Yalan sabahlara gəlib çıxmışıq.

Beləcə aldadıb bir ömür boyu.

Bu gündən sabaha körpü salmışıq.

Yalançı sabahlar aldadır bizi,

Xəyal dünyasında batıb qalmışıq.

Sanki qurtaracaq bir sabah bizi,

Sabah düşünüb geri qalmışıq.

Gəldi üzümüzə nə qədər sabah,

Axşamdan sabaha biz aldanmışıq.

Bağlagığın eşqinə

Düz əhdinə inanmam.

Gecə-gündüz ağlayıb,

Sevdim desən inanmam.

Sevənlər əhdi pozmaz,

İlqarını unutmaz.

Xəyanəti eyləyib,

Səhvini də görməyib,

Haqlı-haqsız söyləyib,

Vəfasını unutmaz.

Yollarımda dayanıb,

Saatlarla gözləyən!

Bircə dəfə görməkçün,

Yolumdaydın unutma!

Xəyallara dönmüsən,

Gecəmi,gündüzmüsən?

Bu yolunu gözləyən,

Sənsiz səni unutma!

Şairə Huri