27 İyul 2024

Süleyman bəyin yadigarı İmirli kənd məscidinin 120 yaşı olur

Qərbi Azərbaycanlıların öz doğma yurdlarından deportasiya edilməsi və bu əhalinin bir hissəsinin kompakt şəkildə Bərdə rayonun İmirli kəndində məskunlaşması faktını araşdırarkən maraqlı faktlarla rastlaşdıq. Şərur-Dərələyəz mahalının Çivə kəndindən deportasiya edilən əhalinin İmirli kəndində məskunlaşmasının səbəbləri araşdırılarkən bəlli oldu ki, Çivə əhalisi 1918/1920-ci illərdə tarixçi alim Əli Əliyev “ Biz əzablı bir ömür yaşadıq” və “Əlincə yaddaşı” adlı kitablarında qeyd etdiyi kimi İrana keçmək məcburiyyətində qalıblar. Çivə kəndinin əhalisinin İrandan qayıtdıqdan sonra əksəriyyəti yenidən öz doğma kəndlərinə qayıdsalar da lakin əhalinin kiçik bir qrupu Əli bəy Vəkilov Ağdam ərazsində Qərvənd kəndinə, bir hissəsi isə Bərdə rayonunda Həsənqaya və Qaradəmirçi kəndlərinə məskunlaşıblar. 1951-ci ildə Qərbi Azərbaycandan deportasiya edilərkən onlar Bərdə də olan öz kəndçilərinin vasitəsi ilə ərazini gəzib Sultanbud meşəsinin içərisində dağ ətəyi yerdə çoxlu kəhrizləri olan bir ərazidə yerləşən İmirli kəndinin məskən salmaq üçün uyğun biliblər.

Kənddə Məscid və köhnə künbəzin olması vaxtıilə bu ərazidə yaşayış olmasını təsdiq edir. Əvvəllər burada yaşayış olması araşdırıcı alim Nazir Əhmədlinin “Qarabağ əyalətinin kameral təsviri” ( 1832-1833-cü illər) kitabında öz təsdiqini tapmışdır. İmirli kəndinin yerli sakinlərindən olan Süleyman bəy Hüseyn oğlu tərəfindən 1913-cü ildə inşa edilən İmirli “Çıraq” məscidinin bu il 120 yaşı olur. Qərbi Azərbaycan əhalisinin ilk sığınacaq yeri olan İmirli məscidi 1953-cü ildə İsa Vəkilovun təşkil etdiyi ilk ibtidai orta məktəbə də ev sahibliyi etmişdir. Kənddə ilk təhsil alan uşaqlar məhz bu məsciddə dərs keçmişlər. Səksəninci illərin ortalarında kənd ağsaqqalarından olan Hüseyn Sadıqov məscidi tikdirmiş Süleyman bəyi törəmələrini axatrıb tapmış, Bərdə rayonunun Kətəlparaq kəndində yaşıyan Süleyman bəyin qızı Pinikar xanımı kəndə dəvət etmişdir. Hüseyn Sadıqov halallıq naminə kəntdə məscidə yığılmış nəzir-niyazı Pinikar xanıma təklif etsə də, Pinikar xanım: “Mən Süleyman bəyin qızıyam bu məscidi mənim atam tikdirib. Bu nəzir-niyazıda mənim adımdan kəndə imkansız ailələrə verin”.

Məsciddən danışarkən şübhəsiz ki, İmirli kənd orta məktibin məzunu olmuş Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında yüksək hörmətə və nüfuza malik bir şəxs olan polis-polkovniki Ənvər Quliyevin adını çəkməyə bilməzdik. Əslən Dərələyəz mahalının Qozulca kəndindən olan polis-polkovniki Ənvər Məhəmmədəli oğlu Quliyevin təşşəbüsü ilə 2011-ci ildə kənd məscidi əsaslı təmir edilmiş və yenidən yerli sakinlərin ibadət yerinə çevrilmişdir. 2013-cü ildə İmirli kənd məscidinin 100 illik yubileyi qeyd edilmişdir.

Bu il İmirli kənd məscidinin 120 yaşı tamam olur. Məscidi inşa etmiş Süleyman bəyin parlaq xatirəsini ehtiramla yad edirik.

Səməd Vəkilov