Son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb
![](https://media1.az/wp-content/uploads/2022/12/27d18127edbad544633ea4103ef6f7ba.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, xəstəlikdən 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, hazırda 350 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 843, bu günə qədər isə ümumilikdə 7 393 110 test icra olunub.