19 Mart 2024

SON DƏQİQƏ! Özbəkistanda 7,8 bal gücündə ZƏLZƏLƏ OLDU

Özbəkistanda 7,8 maqnitudada zəlzələ olub.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Hələlik dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.