10 Oktyabr 2024

Cəbhə bölgəsində Zelenski Putindən daha cəsarətli və mətin görünür – iki Vladimirin fərqi

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal altında olan Mariupol şəhərinə baş çəkib. Bundan sonra Ukrayna rəhbəri Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Baxmur bölgəsinə baş çəkib və burada Ukrayna əsgərlərinə “mətin olun” mesajını verib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, ekspertlər hər iki ölkə liderinin cəbhə bölgəsindəki davranışlarını müqayisə ediblər. Onların gəldiyi qənaətə görə, Zelenski cəsarətinə, savaşda göstərdiyi davranışlarına, hətta geyim və yanaşma tərzinə görə həmkarını qat-qat üstələyir.

İki prezidentin münaqişə zonasına səfərləri arasında beş fərq:

-Putin cəbhə xəttindən 80 km aralıda yerləşən işğal altındakı Mariupola gətirilib.
Zelenski ard-arda ikinci dəfə birbaşa düşmənin sözün əsl mənasında bir daş atdığı məsafədə cəbhə xəttinə gəlir;

-Putin ilk dəfə münaqişə zonasına gəlib.
Zelenski mayın sonundan cəbhələrdə maşınla dolaşır;

-Putin ələ keçirdiyi yerləri yoxlamaq və onun üçün “dua edən” və “ona sevgilərini ifdə edən” sakinlərlə ünsiyyət qurmağa gəldi. Lakin Kreml həmin vaxt bir qadının etiraz qışqırıqlarını kəsib.
Zelenski isə İzyum, Xerson kimi azad edilmiş şəhərlərdə sakinlərlə ünsiyyət qurmaq üçün səfər edir, həm də cəbhə xəttində hərbçilərlə əlaqə saxlayır. Putin isə heç döyüşçülərin səngərlərinə də düşməyib;

-Putin Mariupol sakinləri ilə onların mənzillərindən baha olan gödəkcədə görüşüb.
Zelenski hər yeri ən sadə geyimdə gəzir, həm hərbçilərə, həm də mülki şəxslərə onlardan biri olduğunu göstərir;

-Putin Mariupola gecə pərdəsi altında gələ bilib.
Zelenski gün içində Baxmuta, eləcə də rus ordusu tərəfindən asanlıqla atəşə tutulan Xersona getməkdən çəkinməyib;

Musavat.com

54911f1a-6ed4-43b5-9599-ab8fac412c52.jpg (110 KB)