23 Dekabr 2024

Şöhrət Eyvazov: “Fərari erməni zabitləri döyüş sənədlərini və mundirlərini atıb qaçdılar”

Hərbi jurnalist, I Qarabağ müharibəsi veteranı  Şöhrət Eyvazov ilə  müsahibənin II hissəsində əsasən “ermənilərin boş qalmış papaqları” səyyar kolleksiyası haqqında danışdıq.

I Qarabağ savaşında hərb meydanında, daha dəqiq desək Tərtər-Ağdərə bölgəsinə döyüşmüş, II Qarabağ müharibəsində isə informasiya cəbhəsində xidmət etmiş  Şöhrət Eyvazov ilə erməni fərarilərinin cəbhənin müxtəlif istiqamətlərində atıb qaçdığı hərbi ləvəzimatlardan və şəxsi əşyalarından söz açırıq. Məlum olur ki, Şöhrət Eyvazov 44 günlük mühraibənin ilk günlərində erməni hərbçilərindən qalmış bəzi əşyaları toplayıb. Və bu əşyalar tariximizin zəfər dolu 44 gününü təbliğ etməkdən ötrü ən gözəl vasitədir.

  • Siz erməni hərbçilərinin boş qalmış papaqlarını gündəmə gətirən jurnalistlərdənsiniz. Hətta həmin papaqlar və digər əşyaları da toplayaraq  kolleksiya yaratmısınız. Sizdə olan marağı, necə, izah edə bilərsinizmi?  Bu papaqlardan çoxmu gətirmisiniz?
  • Əvvəlcə fərari erməni hərbçilərindən qalmış geyim və digər əşyaları toplamağım haqqında danışmaq istərdim. Sonra, gətirdiyim ermənilərin  boş qalmış papaqlarını birgə sayarıq.  Füzuli –Cəbrayıl istiqamətində əsgərlərimiz ermənilərin vurulmuş, ancaq , tam məhv edilməmiş bir “Ural” avtomobilini gətirdilər. Biz də maşına baxış keçirdik. Orda ilk dəfə olaraq erməninin boş qalmış papağını nümayişin elətdirdim.  Bu papaq bizimlə düşmənçilk edən ,XX  əsrin əvvəllərində əmimi öldürən,anamın bütün qohumlarının ölümünə səbəb olan , onları yurdundan didərgin salan,daha sonra elə həmin əsrin sonlarında Xocalı faciəsini törədən bir millətin idi.Müharibə vaxtı ilk dəfə qohumlarımın qisası alındığına görə həmin vaxt sevindim. Düzdü, biz əslində torpaqlarımızın azad olunmasına sevinirdik.Nəticə etibarilə mənim əlimdəki boş qalmış erməni papaqlarının da bununla  əlaqəsi var idi. Həmin erməni papaqlarının, dəbilqələrinin boş qalması sayəsində işğalçıları torpağımızdan qovurduq.

Topladığı papaqların sayından danışan Şöhrət Eyvazov  bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində olduqca düşməndən qalan əşyaları toplamaqla məşğul olub. Bu barədə paylaşmaların həm Azərbaycan, həm də Türkiyə cəmiyyətində maraqla qarşılandığını görəndən sonra belə əşyaları yığmaq onun üçün  daha da maraqlı olub .
“Boş qalan ermıni papaqları haqqında xəbər ilk olaraq İcTV-nin efirindən, sonra isə Türkiyə kanallarında nümayiş olundu.Sosial şəbəkələrdə baxış sayı çox oldu. Hiss etdim ki, mövzuya sosial təlabat böyükdür. Cəbrayıldan,Hadrutdan, Füzulidən, Suqovuşandan,Talışdan, Ağdamdan – olduğum yerlərdən rast gəldiyim fərari erməni əsgərlərinə məxsus əşyaları topladım. Baxmayaraq ki, Ağdamda döyüş olmamışdı , razılaşmadan sonra çıxmışdılar, başların itirdiklərindən orda da papaqların qoyub getmişdilər. Boş qalmış papaqları ilə yanaşı, ermənilərin boş qalmış dəbilqələrini də yığırdım. Papaqların sayına baxan da müqayisə də dəbilqələr azdır. Sayı 2-3 dənədir.”- deyə həmsöhbətimiz vurğulayıb.

Jurnalist Şöhrət Eyvazovun topladığı tək erməni hərbçilərinin papağı deyil, əşyaların çeşidi çoxdur. Ən əsası da götürülən əşyalar erməni ordusunun mənəvi-psixoloji durumunu izah eləmək üçün ən gözəl vasitə hesab oluna bilər.Ermənilərdən qalan xəritələr, geyimlər, podpolkovnikin mundiri, yataq kisələri  əsgərimizin zərbələrinə tab gətirməyərəq ermənilərin qorxaqcasına döyüş meydanından qaçdığını göstərir. Təbii, jurnalist Şöhrət Eyvazov ilə kolleksiyadakı əşyalara baxaraq söhbət edərkən bu qənaətə gəlməli oluruq.

“Hadrutda ermənilərin  hazırladığı uydurma xəritə əlimə keçdi. Topladığım əşyaların içərisində onu da saxlayıram. Azərbaycan ordusu bu xəritənin üzərindən qırmızı xətt çəkib.Artıq uydurma xəritənin əhəmiyyəti qalmayıb.
Erməni dilində bilməsəm də iş dəftərlərinə baxanda minaatan  komandirinə məxsus olduğunu anlamış oluram. Ermənilərdən qalan konservləşdirilmiş ərzaqları da topladığım əşyaların arasında görmək olar.
Ən maraqlı hərbi ləvazimat ermənilərdən qalmış döyüş xəritəsidir.Döyüş xəritəsini meydanda qoyub qaçan, heç şübhəsiz ki, erməni zabiti ola bilər. Düşmən layiq olmadıqları medalları və fəxri fərmanları belə qoyub qaçıb. Həmin əşyaları da bu günkü eksponatların içərisində yer alır.”- Şöhrət Eyvazov belə deyir.

Şöhrət Eyvazovun bildirdiyinə görə, bu əşyalardan ibarət səyyar muzey yaratmaq fikri var. Həvəslənməyinin də səbəbi Bakıda Qənimətlər Parkının açılmasıdır.

“Bakıda qənimətlər parkı açılandan sonra mən də topladığım bu əşyalardan muzey yaratmaq fikri yaranıb.Gənc əsgərlər üçün əldə etdiyim əşyaları nümayiş etdirmək niyyətindəyəm.Tariximizi unutmağa haqqımız yoxdur, əksinə təbliğ etməliyik.Bəzi ermənipərəstlər burada antihumanizm görsələr də xatırlatmaq lazımdır ki, dünyanın bir çox şəhərlərində belə muzeylər var.
Güllə deşmədiyindən və qan ləkələri olmadığına görə demək olar ki, əlimizdə olan əşyalar fərari , qorxaq ermənilərə məxsus olub. Podpolkovnik mundirini medalları ilə  qoyub qaçıb.  Sevinirəm ki, döyüş meydanında qalmış erməni fərarilərinə məxsus əşyaları toplayıb, saxladım. Bu da tariximizin bir parçasıdır.”- sonda Şöhrət Eyvazov həm bu günü gördüyünə, həm də topladığı əşyalara görə məmnunluq hissi keçirdiyini deyir.

Musa Muradlı, Media1. az

Ardı var…. Növbəti həftəmizdə