10 Noyabr 2024

SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox şanlı tarixi var

Dövlətimiz daim inkişafdadır. Çünki, ölkəmiz öz daxili və xarici siyasəti ilə dünya ölkələrinə inteqrasiya etməyi bacarır. Bunun nəticəsidir ki, bir sıra xalqların dövlət başçıları ölkəmizə daim səfər edir və Prezidentimiz İlham Əliyevlə bir sıra danışıqlar keçirir.Bu görüşlərdən biri də Rumıniya Prezidenti Klaus Yohannisinin Azərbaycan Respublikasına rəsmi səfəri olmuşdur. Səfər fevralın 3-də başa çatmışdır. Bu zaman Azərbaycan və Rumıniya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.Burada muzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir və dostluq əlaqələrinin inkişafına şərait yaradır. Ölkələr arasında yüksək səviyyədə qarşılıqlı dialoq qurulmuşdur. Dialoq zamanı ölkəmizdən Rumıniyaya ixrac edilən xam neft dövriyyəsindən və şaxələndirilməsindən danışılmışdır. Bu danışıqların ölkələrarası siyasi əlaqələrə olduqca müsbət təsir ediləcəyi vurğulanmışdır. Təsadüfi deyil ki, uzun illərdir Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir. Lakin, bu görüş yeni layihələrin qurulması üçün etibarlı zəmin yaradır.İlham Əliyev öz çıxışında bildirmişdir ki, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaqdır. Bu o deməkdir ki, biz öz qaz ixracatımızı sürətlə artırırıq.Rumıniya Prezidenti hər iki dövlət arasında yeni sazişin imzalandığını vurğulayıb.“Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək”Bu sözləri Rumıniya Prezidenti K.Yohannis deyib. Eyni zamanda Prezident qeyd edib ki, Azərbaycan Cənub Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlıq əlaqəsini strateji səviyyəyə yüksəltmişdir.Hazırda SOCAR-ın Rumıniyada 42 yanacaqdoldurma məntəqəsi var. Və bu görüş zamanı bu məntəqələrin daha da zəngiləşəcəyi mətbuatın nəzərinə çatdırılıb.Ticarət dövriyyəsində də davamlı artım olduğu, keçən il Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsində 2,4 dəfə artım qeydə alındığı diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizinin, Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanlarından bəhs olunub. Enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, sosial, mədəniyyət və s. sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti, Komissiyanın növbəti iclasına hazırlıq məsələləri nəzərdən keçirilib.Azərbaycanın DOST konsepsiyası və sosial sahədə xidmətlərin elektronlaşdırılması təcrübəsinin Rumıniyada pilot layihə olaraq tətbiqinə dair fikir mübadiləsi aparılıb.Bu ölkənin yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi “OMV PETROM, “ROMPETROL”, “MOL” və “LUKOİL” şirkətləridir.Bu qarşılıqlı əlaqə Azərbaycanın neft strategiyasını daha da artıracaq,eyni zamanda, ölkəmizin dünya miqyasında maddi və mənəvi inkişafına müsbət təsir edəcəkdir.Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, Yeni neft strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur.Mədinə İbadova – Bərdə Rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin Kimya müəllimi