18 Aprel 2024

Azərbaycan Ordusu zəlzələ ilə bağlı Türkiyəyə yardıma gedir- AÇIQLAMA

Türkiyə mediasında yer alan xəbərlərdə Azərbaycan Ordusunun qüvvələrinin də zəlzələ ilə bağlı yardım üçün Türkiyəyə yola düşdüyü bildirilir.

Media1.az Türkiyə mediasına istinadən bildirir ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgədəki vətəndaşlara kömək üçün tədbir görülüb.

Türkiyə Silahlı Qüvvələri və Jandarma qüvvələrinin zəlzələ bölgələrində həyəcan təbili çaldığı və xilasetmə işlərində iştirak etdiyi bildirilib. Qeyd olunur ki, Azərbaycan ordusunun Türkiyəyə kömək üçün yola düşdüyü də öyrənilib. Türkiyə mediası bu xəbəri “Türkiyə Silahlı Qüvvələri və Azərbaycan ordusu Kahramanmaraşda baş verən zəlzələ üçün tək ürək” başlığı ilə paylaşıb.