20 İyul 2024

Sərnişinlərin NƏZƏRİNƏ: Sentyabrın 30-dan…

Sentyabrın 30-dan “Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.

Media1.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.