13 Aprel 2024

ŞƏHİD LEYTENANT İLQAR CALALOV

Şəhid İlqar Calalov mənim uşaqlıq dostum idi. Demək olar ki uşaqlığımız bir yerdə keçib. İntellektual bir şəxs idi. Gənclik yeni-yetməlik dövründə savadı ilə digərlərindən fərqlənirdi. Ziyalı, vətənpərvər İlqar Calalovun yolu vətənin müdafiəsindən və şəhidlikdən keçdi.

Şəhid İlqar Calalov əslən Şərur-Dərələyəz mahalının Çivə kəndindəndir ailəsi 1948/1952-ci illərdə İ.Stalinin qərarı ilə Qərbi Azərbaycandan Bərdə rayonunun İmirli kəndində deportasiya edilib. Calalov İlqar Salman oğlu 28.12.1973-cü ildə Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1980-ci il tarixində Bərdə rayon İmirli kənd orta məktəbinin birinci sinifinə gedib. 1987-ci ildə ailəsi Bərdə rayonuna köçdüyü üçün təhsilini Bərdə rayon 1 nömrəli orta məktəbdə davam etdirmişdir. 1991-ci ildə Bərdə rayon 1 saylı orta məktəbi bitirmişdir.

1991/1996-cı illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini riyaziyyat ixtisası üzrə bitirmişdir. 1997-ci ilin yanvarından leytenant rütbəsində zabit kimi, hərbi xidmətə başlayan İlqar Calalaov Füzulu, Beyləqan istiqamətində ön cəbhədə tağım komandiri kimi xidmət göstərmişdir. 1998-ci ilin yanvar ayında baş leytenant hərbi rütbəsi alan İlqar Calalov 16 iyun 1998-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Məkanı cənnət olsun!

Səməd Vəkilov