27 İyul 2024

İmirli kəndinin ilk şəhidi

İmirli kəndinin ilk şəhidi Rəhman Abbasov bizim uşaqlığımızın bir parçası idi. Bizdən bir sinif yuxarı oxuyurdu. Sinifləri məktəbdə emosionallığı çılğınlığı ilə seçilirdi. Ancaq Rəhman sakit təbiətli ədalətli oğlan idi. Bir də biz onun adının Rəhman olduğunu bilmirdik.Çünki hamı onu Zaman deyə çağırırdı. Zaman bəzi hallarda kənddə poçtalyonumuz Məcid dayını da əvəz edirdi. O, səbəbdən İmirli kəndinin hər qapsında onun izi var. Hazırda İmirli kəndinin orta məktəbi onun adını daşıyır. Əslən Şərur-Dərələyəz mahalının Çivə kəndindən olan olan bu ailə 1948/1950-ci illərdə Bərdə rayonunun İmirli kəndinə deportasiya edilmişdi. Abbasov Rəhman İsmi oğlu 13 may 1973-cü ildə Bərdə rayonunun İmirli (Əmirli) kəndində doğulub. 1980/1990-cı illərdə İmirli kənd orta məktəbini bitirib. 1991-1992-ci illərdə Sovet Ordusu sıralarında Moskva ətrafında Adinsovskaya rayonda hərbi xidmət zamanı ermənilərlə münaqişədə ağır bədən xəsarətləri alıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən könüllü olaraq Qarabağ uğrunda gedən savaşa qatılıb. 19 iyul 1992-ci il tarixində Kasapet kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun!

Səməd Vəkilov