27 İyul 2024

Şəhid Eşqin Hüseynov dəfn olundu – YENİLƏNİB – FOTOLAR

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu dəfn olunub.

Media1.az xəbər verir ki, onun cənazəsi doğulduğu Tovuz rayonunun Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.

Musavat.com xəbər verir ki, ailəsinin yaşadığı evdə şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Hazırda erməni təxribatı zamanı şəhid olan Eşqin Hüseynov son mənzilə yola salınır. O, Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılacaq.