26 İyul 2024

Bərdə rayon İcra hakimiyyətində kadr təyinatı olub

Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov dövlət qulluğu statusunda yeni işinə başlayıb.

Media1.az-ın xəbərinə görə, bələdiyyə sədri Sadiq Xəlilov Bərdə rayon İcra hakimiyyətində ümumi şöbəyə müdir təyin edilib.

Onu da qeyd edək ki, icra hakimiyyətinə təyinatdan sonra Bərdə şəhər bələdiyyəsinin sədri vəzifəsinə Ruslan Əhmədov seçilib .