24 Dekabr 2024

Səfir: “Türkiyə Gürcüstan və Azərbaycanla əlaqələrin güclənməsini istəyir”

“Türkiyə, Gürcüstan və Azərbaycan maraqları, regiona və dünyaya baxışları üst-üstə düşən üç ölkədir. Biz gələcəkdə üç ölkə arasında əlaqələrin güclənməsini istəyirik və dəstəkləyirik”.

Media1.az“Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan “Kviris Palitra” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə və Gürcüstan Azərbaycan və Ermənistanı cəlb etməklə bölgəni müharibə və problemlər baxımından deyil, mədəniyyət, incəsənət, turizm baxımından inkişaf etdirə bilər.

Səfir Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini qeyd edib: “Bu o deməkdir ki, biz Gürcüstanı müttəfiq hesab edirik. Eyni zamanda, biz hesab edirik ki, Gürcüstan regionda sabitlik və sülhün bərqərar olmasında da mühüm rol oynamalıdır”.