Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir

Rusiya 25 may tarixindən etibarən İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrini bərpa etdi.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısını alınması üzrə əməliyyat qərargahında məlumat verilib.
Məlumatda deyilir: “Müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda, 2021-ci il 25 may tarixindən etibarən aşağıdakı dövlətlərlə müntəzəm beynəlxalq uçuşların davam etdirilməsinə qərar verilib: İslandiya (Moskva – Reykyavik həftədə iki dəfə), Malta (Moskva – Valletta həftədə iki dəfə); Meksika (Moskva – Kankun həftədə üç dəfə); Portuqaliya (Moskva – Lissabon həftədə üç dəfə); Səudiyyə Ərəbistanı (Moskva – Ciddə həftədə üç dəfə; Qroznı – Ciddə həftədə bir dəfə; Mahaçqala – Ciddə həftədə bir dəfə)”, – mesajda deyilir.