Rusiya 5 Polşa diplomatını ölkədən çıxarır
Rusiya Varşavanın hərəkətlərinə cavab olaraq, 5 Polşa diplomatını ölkədən çıxarır.
Media1.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Varşavanın 3 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edərək, ABŞ administrasiyasının havasına necə tez oynadığına diqqət yetirdik. Öz növbəsində Rusiyadan da 5 polşalı diplomat çıxarılacaq”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
Qeyd edək ki, Polşa 3 Rusiya diplomatını “persona non-qrata” elan edib. Rəsmi Varşava rusiyalı diplomatların diplomatik statusun şərtlərini pozduqlarını və Polşa Respublikasının əleyhinə tədbir keçirdiklərini əsas gətirib.