27 İyul 2024

Rusiya 2 il ərzində Ukraynaya bu qədər RAKET ATIB – ŞOK RƏQƏM

Rusiya 2022-ci ilin fevralından bəri Ukrayna ərazisinə 8 mindən çox raket atıb və 4 min 630 pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat bildirib.

Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 3605 PUA-nı vurmağa nail olub.

İhnat Rusiyanın ötən gecə atdığı 10 PUA-dan 8-nin 4 fərqli bölgədə vurulduğunu açıqlayıb.