07 Dekabr 2024

Kraliça Kamilla şahzadə Harrini mirasdan məhrum etmək istəyir

Britaniya kraliçası Kamilla şahzadə Harrini III Çarlzın vəsiyyətindən çıxarmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Marca” qəzeti yazıb.

Bildirilir ki, şahzadə Harri bu yaxınlarda xərçəng xəstəliyindən əziyyət çəkən 75 yaşlı xəstə atasını ziyarət etmək üçün Londona qayıdıb. Lakin kraliça Kamilla ilə şahzadə arasında münaqişə olduğu üzə çıxıb.

Kraliça Harrini ikiüzlülükdə günahlandırıb və onu öz ambisiyaları üçün kral ailəsindən istifadə etməyi dayandırmağa çağırıb.

Şahzadə Diananın ölümündən sonra Harrinin Kamillanı ögey anası və yeni kraliça kimi qəbul etmədiyi üçün o, Harri ilə düşmən münasibətdədir.

Kral ətrafının bir üzvü ailə münaqişəsinin çox irəli getdiyini bildirir. Qeyd olunur ki, 76 yaşlı Kamilla və 41 yaşlı şahzadə Uilyam qardaşı Harri və onun arvadı Meqan Marklın 2 milyard dollardan çox kral əmlakını miras almaq hüququndan məhrum etməyi düşünürlər.

Xatırladaq ki, fevral ayında Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. Əvvəlcə Britaniya monarxı prostat əməliyyatı keçirib, xəstəxanadan çıxandan sonra özünü yaxşı hiss etdiyini bildirib. Ancaq başqa bir xəstəxana proseduru zamanı həkimlər onda xərçəng aşkar ediblər. Həkimlərin niyə bunu daha əvvəl aşkarlaya bilmədiyi sirr olaraq qalır.