27 İyul 2024

“Rosselxoznadzor” Ermənistanın yük maşınlarını Rusiyaya buraxmır – Erməni sürücülər siyasi gərginliyi səbəb bilirlər

Ermənistandan Rusiyaya yük daşıyan 2 minə yaxın yük maşını Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsində yığılıb.

Media1.az xəbər verir ki, onların bir qismini Rusiya gömrükçüləri geri qaytarıblar.

Noyabrın 28-də NEWS.am-ın müxbiri ilə söhbətində Ermənistanın Rusiyadakı səfirliyinin Verxniy Lars keçid məntəqəsində gömrük attaşesi Vaan Akopyan bildirib ki, bəzi maşınların yükü hələ də Rusiya Fitosanitar və Veterinar Nəzarəti Xidməti(Rosselxoznadzor) tərəfindən yoxlanmaqdadır.

Erməni sürücülər isə bildiriblər ki, gömrükçülər onlara müxtəlif səbəblər göstərirlər: hava şəraitindən tutmuş sənədlərlə bağlı problemlərə qədər. Sürücülər özləri hesab edir ki, səbəb Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlikdir.

Vahan Akopyanın sözlərinə görə, “Rosselxoznadzor” Yuxarı Lars keçid məntəqəsində Rusiyaya daxil olan Ermənistana məxsus yük maşınlarına gücləndirilmiş nəzarəti həyata keçirir: ““Rosselxoznadzor” bəyan edib ki, təkcə Yuxarı Lars keçid məntəqəsində deyil, digər keçid məntəqələrində də gücləndirilmiş nəzarət həyata keçirilir və təkcə Ermənistan yüklərinə deyil, fitosanitar yoxlanışına məruz qalan digər yüklərə də nəzarət artıb. Mən, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin, İqtisadiyyat Nazirliyinin və Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları problemin tez bir zamanda həll olunması üçün tərəfdaşlarla fəal işləyirik”.