27 İyul 2024

Qırğızıstanda, İndoneziyada və Tacikistanda 5+ ballıq zəlzələlər olub

Ötən gecə Qırğızıstan ərazisində 5,9 baş gücündə zəlzələ olub. Zəlzələni Almatı sakinləri də hiss edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspedisiyası məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 kilometr cənub şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub. İki saat sonra isə Qırğızıstan və Çin sərhədinə, Almatıdan 278 kilometr cənub şərqdə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

İndoneziyanın Sulavesi adası yaxınlığında isə 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Palu (Mərkəzi Sulavesi əyalətinin inzibati mərkəzi) şəhərindən 101 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub. Palunun əhalisinin sayı 282 min nəfərdir.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Bu ay çoxsaylı yeraltı təkanlarla böyük faciələr yaşayan Türkiyənin Adıyaman vilayətinin Gölbaşı rayonunda yerli vaxtla saat 05:51-də 5 bal gücündə zəlzələ olub.

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumatına görə, 8,51 kilometr dərinlikdə qeydə alınan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.