27 İyul 2024

Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri tarixi əhəmiyyət daşıyır

Qazaxıstan Prezidenti Tokayevin geniş tərkibli nümayəndə heyəti ilə səfəri çərçivəsində dövlətlərarası Ali Şuranın ilk iclasının keçirilməsi iki dövlət arasında imzalanmış Müttəfiqlik bəyannaməsinə sadiqliyin göstəricisidir.

Dövlətlərarası Ali Şuranın iclasında ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə önəmli məsələlər müzakirə olundu və müqavilələr imzalandı. Beynəlxalq təşkilatlar çərçivəsində və ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığən daha da dərinləşditilməsinin vacibliyi vurğulandı. Qərb istiqamətində Azırbaycan-Türkiyə və Şərq istiqamətində Azərbaycan – Qazaxıstan müttəfiqliyi regional  əhəmiyyəti etibarilə bütün türk dünyasını əhatə edən pozitiv siyasi təsir dalğası yaradır. Ankara -Bakı – Astana oxu ətrafında digər türk dövlətlərinin də daha geniş əməkdaşlıq sferasına daxil olması bütövlükdə türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə təkan verir.

Dövlətlərimiz arasında getdikcə intensivləşən təmaslar zamanı əldə olunan razılaşmaların uğurlu şəkildə həyata keçirilməsi Türk Dövlətləri Təşkilatının da möhkəmlənməsinə və beynəlxalq siyasət müstəvisində daha çox təsir gücü qazanmasına səbəb olacaq. Türk respublikalarının vahid geopolitik region çərçivəsində yenidən şəkillənməsi nəticə etibarilə bütövlükdə Avrasiyada sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfə verəcək. Bütün türk dövlətlərinin  rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə və xalqına ünvanlanmış təbriklər və azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasına  dəstək təşəbbüsləri xalqlarımız arasında qardaşlıq münasibətlərinin ən parlaq təzahürüdür.

Türkiyə Respublikası bu gün də azad olunmuş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış yaşayış məntəqələrimizin bərpa olunması işlərində Azərbaycana yaxından köməklik göstərir. Ölkəmizdə səfərdə olan Qazaxıstan prezidenti Tokayevin iştirakı ilə bu gün Füzuli rayonunda açılşı baş tutan Qurmanqazi adına Gənclər Yaradıcılıq Mərkəzi də Qarabağa  dəstək aksiyasının gözəl nümunəsidir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini