22 Oktyabr 2024

Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var

Qax rayonunda silahlı insident baş verib.

Media1.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticəsində polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.