Qarşılıqlı raket zərbələri nəticəsində ölən fələstinli və israillilərin sayı açıqlanıb

İsrail və Qəzza zolağı arasında qarşılıqlı zərbələr nəticəsində ümumilikdə 38 nəfər ölüb.
APA Reuters-ə istinadən xəbər verir ki, 35 nəfər fələstinli, 3 nəfər isə israilli dünyasını dəyişib.
İsrailin hava zərbələri Qəzzada bir çoxmərtəbəli binanın uçmasına səbəb olub.
“Həmas” tərkibində olan radikal qruplaşma trəfindən yenidən Təl – əviv və Birşeba istiqamətində 210 ədəd raket atılıb.