Qarabağ Regional Təhsil İdarəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, İdarənin müdir müavini Anar Məcidov və bir qrup media nümayəndələri iştirak edib.
İdarə müdiri Gündüz Əbdülov media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan 1875-ci il 22 iyul tarixində dərc olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan mətbuatın tarixi rolundan danışılıb.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində mətbuat nümayəndələrinin fədakarcasına çalışdığı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyəti, Böyük Zəfərlə başa çatan Vətən müharibəsi zamanı onların çətin və şərəfli vəzifələrindən söhbət açılıb.
Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.