25 Aprel 2024

Putini hansı dövlət başçıları təbrik etdi, kimlər hələ də gözləyir? – SİYAHI

ABŞ və Avropanın aparıcı dövlətləri yenidən prezident seçilməsi münasibətilə Vladimir Putini təbrik etmək fikrindən uzaq olsalar da, o, təbriksiz də qalmayıb.

Putini təbrik edən dövlət başçılarının siyahısını təqdim edirik:

Putinə ilk təbrik seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra Latın Amerikasındakı müttəfiqlərindən gəlib.

Venesuela prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa, Kuba hökuməti adından Bruno Rodriguez Parrilla onu ilk olaraq təbrik edən rəsmilər olub.

Daha sonra təbriklərə aşağıdakı dövlət başçıları qoşulub:

Tacikistan prezidenti Emoməli Rəhmon,

KXDR prezidenti Kim Çen In ,

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ,

İran prezidenti İbrahim Rəisi .

Martın 18-də günorta saatlarında isə Çin dövlət başçısı Si Cinpin də Putini təbrik edənlərə qoşulub

Azərbaycan Prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov və Qazaxıstan prezidenti Jomart Kasım Tokayev də Rusiyanın yeni seçilmiş prezidentini təbrik edənlər arasındadır.

Rusiyanın müttəfiqi, KTMT üzvü Ermənistandan isə şimal qonşusuna zəng getməyib.

Bosniya serblərinin lideri Milorad Dodikdən də təbriklər gəlib.

Maraqlıdır ki, Roma Papası Fransisk də Putini təbrik edənlərdən olub./KONKRET.az