Putin ordunu Qərbi qorxutmaq məqsədilə sərhədə yığır – Alman nəşri
Vladimir Putin qoşunları Ukrayna sərhədinə toplamaqla Qərbi təhrik edir. Qərb qorxutma metodları ilə hərəkət etməlidir. Bu, onilliklər ərzində funksionallığını tam olaraq göstərən üsuldur.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Velt” nəşri məqalə dərc edib.
“Rusiya Ukrayna ilə sərhədə qoşunlarını toplayır. Bu, Kremlin iddia etdiyi kimi, manevrdirmi? Yoxsa eskalasiyanın yeni mərhələsi başlayır? Hər halda, bu, görünməmiş təxribatdır və sınaqdır. Moskva Qərbin yeni Amerika Prezidenti Co Bayden dövründə necə reaksiya verəcəyini yoxlayır. Qərb və xüsusilə Birləşmiş Ştatlar Rusiya qoşunlarının hərəkətlərini müşahidə etməyəcəklərini bildirsələr, Kremldəki cənablar anlayacaqlar ki, onların səyləri boşa gedəcək. Amma bu müharibə rusların maraqlarına uyğun deyil”, – məqalədə qeyd olunub.