04 Mart 2024

Putin bu addımı ilə dünyanı ŞOKA SALDI – TƏCİLİ

Bir çox Avropa ölkəsinin müdafiə nazirlərinin Rusiyanın yaxın gələcəkdə bütün Avropa boyunca hücuma keçə biləcəyi ilə bağlı xəbərdarlıq bəyanatları verdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin Rusiya torpaqları ilə heç bir əlaqəsi olmayan Kalininqrada qəfil səfər edib.

Musavat.com xəbər verir ki, Vladimir Putinin Polşa ilə Litva arasında, Baltik dənizi sahilində yerləşən Kalininqrada səfəri Avropa mətbuatında “təhlükə” və “çağırış” kimi qiymətləndirilib, Kreml isə Putinin səfərinin məqsədinin NATO-ya xəbərdarlıq olmadığını açıqlayıb.

Kant Baltik Federal Universitetində tələbələr qarşısında çıxış edən Putin bildirib ki, Rusiya öz milli maraqlarına uyğun hərəkət edir və heç vaxt başqalarının bu maraqları görməzliyə vurmasına və ya etinasız yanaşmasına imkan verməyəcək. O, Kalininqradın qonşularının sovet müharibəsi abidələrini sökməsinə sərt reaksiya verib.

“Bu, heyrətləndirici cəhalət və onların harada yaşadıqlarını, nə etdiklərini və bundan sonra nə olacağını anlamamaqdır” – deyən Putin bir çox ölkənin “başqasının ağlı ilə yaşadığını” əlavə edib.

İngiltərənin “The Telegraph” qəzeti Pentaqonun sənədlərinə əsaslanaraq yazıb ki, ABŞ son vaxtlar Rusiyadan gələn təhlükəyə qarşı İngiltərədə nüvə silahı yerləşdirməyi planlaşdırır. Xəbərə görə, ABŞ İngiltərədəki RAF Lakenheath aviabazasında Xirosimaya atılan atom bombasının gücündən üç dəfə çox nüvə başlığı yerləşdirəcək.

65b44ea849226adac76dcf73.jpg (44 KB)